Mərdəkandakı qətllə bağlı rəsmi açıqlama yayıldı
Bakı şəhər Prokurorluğu 29 may 2009-cu il tarixdə Mərdəkan qəsəbəsində yaşayış evində baş vermiş silahlı insidentlə bağlı açıqlama yayıb. Bakı şəhər Prokurorunun köməkçisi Ramiz Rzayevin APA-ya verdiyi məlumata görə, mayın 29-da Bakı şəhəri, Mərdəkan qəsəbəsində Hüseynov Musa Əlihüseyn oğlunun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyitin müayinəsi zamanı M. Hüseynovun odlu silahla qəsdən öldürülməsi müəyyən edilib. Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə cinayətin isti izlərlə açılmasından ötrü təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Birlikdə aparılmış tədbirlər nəticəsində Abşeron rayonunun Xırdalan qəsəbəsində qeydiyyatda olan və orada daimi yaşayan, əvvəllər məhkum olunmuş Zeynalov Ələkbər Həmid oğlu cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb. Ə. Zeynalovun üzərinə baxış keçirilərkən ondan qanunsuz olaraq gəzdirdiyi “Makarov” tipli tapança, içərisində 9 mm kalibrli 8 ədəd patron olan bir ədəd daraq və eyni ölçülü 4 ədəd patron aşkar edilərək götürülüb.
Həyata keçirilən araşdırmalar nəticəsində müəyyən edilib ki, 29 may 2009-cu il tarixdə Zeynalov Ələkbər Həmid oğlu şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Hüseynov Musa Əlihüseyn oğlunu qisas almaq niyyəti ilə üstündə gəzdirdiyi “Makarov” markalı odlu silahdan bir neçə atəş açaraq yaşadığı evin həyətində qəsdən öldürüb. Ə. Zeynalov şübhəli şəxs qismində istintaqa verdiyi ifadəsində həmin gün M. Hüseynovu özündə gəzdirdiyi silahla qəsdən öldürdüyünü etiraf edib. Hazırda Əzizbəyov rayon Prokurorluğunda iş üzrə zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, M. Hüseynovu qətlə yetirən şəxsin onun bacısının həyat yoldaşı olduğu bildirilir.

883