Müdafiə Nazirliyi: Erməni hərbçilər işgəncəyə dözməyib sərhədi keçiblər
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ordusunun iki əsgərinin Azərbaycan tərəfə keçməsi ilə bağlı rəsmi açıqlama yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan 38862 saylı hərbi hissənin 7-ci dağ atıcı alayının təlim bölüyünün əsgərləri Arutunyan Ohan Varinakoviç və Tomasyan Gevork Serjikoviç 31 may 2009-cu il tarixdə saat 13.00 radələrində Azərbaycanın Goranboy rayonu ərazisində olan hərbçilərinə könüllü təslim olublar. Onlar hazırda Azərbaycan Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində saxlanılırlar.
E. Sabiroğlu deyib ki, ilkin söhbət zamanı əsir düşən əsgərlər səbəb kimi Qarabağda onlara əziyyət verildiyini göstəriblər: “Onlar işgəncələrə dözməyərək sərhədi keçməyə məcbur olduqlarını deyiblər”.
Mətbuat xidmətinin rəisi əsgərlərin hər ikisinin Ermənistan vətəndaşı olduğunu bildirib: “Arutunyan Ohan Ermənistanın Martuni rayonunda, Tomasyan Gevorq isə Nairi rayonunda anadan olub. Hər iksi 1991-ci il təvəllüdlüdür”.

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05