Naxçıvanda iki gənc göldə boğuldu
Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonu ərazisində iki gənc göldə boğularaq ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Der kənd sakinləri, 1984-cü il təvəllüdlü Həsənov Rasim Ramazan oğlu və 1977-ci il təvəllüdlü Məmmədov Mətləb Şamo oğlu ov zamanı qayığın aşması nəticəsində göldə boğulublar. Qayıqda olan digər iki nəfər isə üzərək sahilə çıxa bilib. Kənd sakinlərinin sözlərinə görə, hadisəyə iki nəfərlik qayığa 4 nəfərin minməsi və əlverişsiz hava şəraiti səbəb olub.
Boğulanların cəsədləri Naxçıvan MR Fövqəladə Nazirliyinin (FHN) əməkdaşları tərəfindən çıxarılaraq tibbi ekspertizaya göndərilib.
Faktla bağlı Ordubad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Şüvəlanda dənizdə bir nəfər batdı
17 iyul 2025 , 20:55
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05