Fərda Qədirovun silahı Azərbaycana necə gətirilib?
06 may 2009 13:30 (UTC +04:00)

Fərda Qədirovun silahı Azərbaycana necə gətirilib?

DSX Neft Akademiyasına basqında istifadə edilən silahın Gürcüstandan Azərbaycana hansı yolla keçirildiyini araşdırır

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş hadisədə istifadə olunan silahın Gürcüstandan Azərbaycana hansı yolla keçirilməsi ilə bağlı Dövlət Sərhəd Xidməti (DSX) araşdırma aparır.

APA-nın məlumatına görə, bu barədə DSX rəisi Elçin Quliyev bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə ilə əlaqədar həm yaşıl sərhəddə, həm də nəzarət buraxılış məntəqələrində müvafiq tədbirlər görülür: “Azərbaycan Respublikasının digər hüquq mühafizə orqanları ilə birlikdə zəruri addımlar atılır”.
# 980

Oxşar yazılar