Fərda Qədirovu Bakı meriyası dəfn edə bilər
Qatilin cəsədi ortalıqda qalıb
Aprelin 30-da səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasında qanlı hadisə baş verdi. Silahlı naməlum şəxs Akademiyanın binasına daxil olaraq, 12 nəfəri qətlə yetirdi, 13 nəfəri yaraladı. Hadisəni törədən Gürcüstan Respublikasının vətəndaşı Fərda Əsəd oğlu Qədirov sonda özünü də güllələyib.
Hadisədən sonra F.Qədirovun atası, Rusiyada yaşayan Əsəd Qədirov da ifadə vermək üçün Bakıya gətirildi. Meyitə baxan Ə.Qədirov həmin şəxsin oğlu olduğunu desə də ondan imtina edib. F.Qədirovun Gürcüstanda yaşayan bibisi Rəna Qədirova da meyitin onun doğulduğu Daştəpə kəndinə gətirilməsinin əleyhinə çıxıb: “Atası qəbul etmirsə, kənd niyə qəbul etsin? Qoy meyiti yandırsınlar”. Daştəpə kəndinin daxil olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov da meyitin kəndə gətirilməsinə qarşı çıxıb.
Doğmaları meyitdən imtina etdiyi təqdirdə cəsədin dəfni ilə kim məşğul olmalıdır? Lent.az- bu məsələnin qanunvericilikdə necə həll olunduğuna, sosial və dini tərəflərinə dair kiçik araşdırma aparıb.
Tanınmış vəkil Aslan İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, meyitə baxış keçirildikdən sonra o torpağa tapşırılmalıdır: “Mən inanmıram ki, ailəsi onun meyitini qəbul etmir. Hər halda, biz müsəlmanıq, onun meyiti torpağa tapşırılmalıdır. Terrorçu olduğuna görə kiminsə meyitinin yandırılmasına pis baxıram. Rəsmi olaraq tədqiqatlar keçirildikdən sonra meyit basdırılmalıdır”.
Vəkil bununla bağlı qanunvericilikdə hər hansı maddə olmadığını söyləyib: “Qanunvericilikdə nəzərdə tutulmayıb ki, terrorçunun cəsədi torpağa basdırılmalıdır, ya yox. Sadəcə olaraq, qanun-qayda, Azərbaycanın min illərə söykənən adət-ənənəsi bunu tələb edir”.
Xatırladaq ki, bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin də iştirakı ilə paytaxtda məzarlıq və mərasimlərin qaydaya salınması üçün Dəfn Komissiyası yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlayıb, F.Qədirovla bağlı məsələnin bu komissiyada müzakirə edilib-edilmədiyini soruşduq. Mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bununla bağlı qərarı hüquq-mühafizə orqanları verir: “Hər halda, qərar hüquq-mühafizə orqanları tərəfindən qəbul olunur. Onlar dövlət tərəfindən cəsədinin basdırılması haqqında qərar versələr, icra hakimiyyəti bunu yerinə yetirə bilər. Əks halda, bizim səlahiyyətimiz yoxdur”.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyi və Pataloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev isə hazırda Fərda Qədirovun cəsədinin “morq”da olduğunu deyib. Onun sözlərinə görə, cəsədin saxlandığı yer və oradan nə vaxt götürüləcəyi konkret bilinmir: “Bu cür məsələləri hüquq-mühafizə orqanları müəyyənləşdirir”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Lent.az-a bildirib ki, F.Qədirovun cəsədi üzərində zəruri olan bütün istintaq hərəkətləri aparılıb: “Bununla bağlı bizim fikir söyləmək səlahiyyətimiz yoxdur. Yəqin ki, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi bununla məşğul olar”.
Açıqlamalardan da göründüyü kimi, rəsmi qurumlar yaxınlarının sahib durmadığı meyiti necə və harada dəfn etmək məsələsində qərara gələ bilməyiblər. O halda, görəsən, bu cür məsələlər islam dinində, şəriətdə hansı formada öz həllini tapır?
Qafqaz Müsəlmanları İdarəsindən bildirdilər ki, islam dinində meyitin torpağa basdırılması vacibdir: “Biz torpaqdan gəlmişik, torpağa da getməliyik. Azərbaycan müsəlmanların çox olduğu ölkədir. Bildiyimiz kimi, bizdə meyit torpağa basdırılır. İslam dinində meyitin yandırılması və ya başqa üsulla məhv olunması qəbul olunmur”.
Şəhriyar Əlizadə

1176