Türkiyədə vətəndaşlarımızı daşıyan avtobus aşıb: 3 ölü
Türkiyədə içərisində Azərbaycan vətəndaşları olan avtobus qəzaya uğrayıb. APA-nın “CNN-Turk”ə istinadən verdiyi məlumata görə, 90 DS 393 dövlət nömrə nişanlı sərnişin avtobusu Sivasda Şarkışla-Pınarbaşı yolunun Tökmədaş kəndi ərazisində aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Ümumilikdə avtobusda 30 sərnişin, sürücü və onun iki köməkçisi olub. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını, polis və jandarma qüvvələri gəlib.
Aşan avtobusun altında qalanların olduğu güman edilir. Xilasetmə işlərinə yerli sakinlər də qoşulub.
Ölən və yaralananların adı hələlik məlum deyil.
Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya hadisə barədə məlumat aldıqlarını, araşdırma aparıldığını bildiriblər.
“Star” qəzeti isə qəza nəticəsində 3 nəfərin öldüyü, 30 nəfərin yaralandığı barədə xəbər verib.

Oxşar yazılar
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı
27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ oldu
27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu
27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB
26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı
26 iyul 2025 , 21:27