Göydələndəki lift qəzasının bəzi təfərrüatları məlum olub – - YENİLƏNİB
Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində, Azadlıq prospekti, 185 ünvanında 16 mərtəbəli binada liftinin qırılması nəticəsində 8 nəfər yaralanıb.
Kliniki Tibbi Mərkəzin (KTM) həkim - travmatoloqu Fuad Eyyubovun Lent.az-a verdiyi məlumata görə, qəzaya düşənlər keçmiş qonşularının evinə yas mərasiminə gəliblər.
Onlar 8 nəfər olub. Sevda Məmmədova və oğlu 8 yaşlı Nihad, Elnarə Qarayeva, Ulduz İsakova, Ülkər Vəliyeva, Sona İmanova, Rəhilə Qurbanova və Məlahət Quliyeva 13-cü mərtəbədə liftə miniblər. Ağırlığa tab gətirməyən lift qırılıb və içindəkilər müxtəlif bədən xəsarəti alıblar.
Sona və Rəhilə Travmatologiya İnstitutuna yerləşdiriliblər. Hər iki qadın çoxlu sınıq xəsarəti alıb və stasionar müalicəyə yazılıb. Ülkər Vəliyevanın vəziyyəti ağır olduğu üçün hazırda KTM-in reanimasiya şöbəsindədir. Ulduzun üzərində cərrahiyyə əməliyyatı aparılır. Digər yaralılar ambulator müalicəyə yazılıblar. Onlar gips qoyulduqdan və sarğı edildikdən sonra evlərinə buraxılıblar.
Zərərçəkmişlər hadisənin yük daşımaq üçün nəzərdə tutulmuş liftdə baş verdiyini deyiblər. Lent.az-ın əməkdaşları hadisə yerində olarkən liftin qapıları kilidlənmişdi. Lakin qapının arasından içəridə qurumamış qan ləklərini görmək olardı.
Qeyd edək ki, hadisə oktyabrın 21-də saat 15.10 radələrində baş verib.
Nizam

Oxşar yazılar

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu
27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB
26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı
26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü
26 iyul 2025 , 20:17Əkin sahələrini yandıranlar saxlanıldı
26 iyul 2025 , 20:11
Siyəzəndə kirayənişin müəmmalı şəkildə öldü
26 iyul 2025 , 19:27
Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü
26 iyul 2025 , 18:25