Füzuli rayonunda baş verən qəzada ölənlərin kimliyi müəyyənləşdi
12 oktyabr 2010 15:40 (UTC +04:00)

Füzuli rayonunda baş verən qəzada ölənlərin kimliyi müəyyənləşdi

Oktyabrın 12-də saat 09:00 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Füzuli rayon sakini, 1964-cü il təvəllüdlü Elxan Həsənovun idarə etdiyi “VAZ 21065” ilə qarşı tərəfdən gələn 1982-ci il təvəllüdlü Qabil İbrahimovun idarə etdiyi “VAZ 2106” toqquşub.



Hadisə nəticəsində Beyləqan rayon sakini Xəyyam Məmmədov (1984), habelə Füzuli sakinləri Bəhmən Şükürov (1956) və Elxan Həsənov aldıqları xəsarətdən yerindəcə keçinib. Səmənnaz Məmmədova, Qabil İbrahimov və qardaşı Qalib İbrahimov isə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.


Daxili İşlər Nazirliyindən o da bildirilib ki, qəzanın baş verməsinə Q.Məmmədovun qarşıdan gələn maşının yoluna çıxması ehtimal olunur. Faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.



Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358

Oxşar yazılar

Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49
Avropa onu Azərbaycana təhvil verdi

Avropa onu Azərbaycana təhvil verdi

13 iyun 2025 , 10:07
Xəstə uşaq şəkilləri  ilə pul yığırdı, saxlanıldı - VİDEO

Xəstə uşaq şəkilləri ilə pul yığırdı, saxlanıldı - VİDEO

13 iyun 2025 , 10:06
Bakıda maşın kişinin üstündən keçdi

Bakıda maşın kişinin üstündən keçdi

13 iyun 2025 , 09:50
Yardımlıda traktor aşdı,  sürücü öldü

Yardımlıda traktor aşdı, sürücü öldü

13 iyun 2025 , 09:25
Bakıda minik maşını avtobusla toqquşdu

Bakıda minik maşını avtobusla toqquşdu

13 iyun 2025 , 02:57
Qəbələdə qadın yanıb öldü

Qəbələdə qadın yanıb öldü

12 iyun 2025 , 19:33