Cəbhə xəttində tutulan erməni kəşfiyyatçısı həbsxanada intihar edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətləri sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanan Manvel Mamikonoviç Sarıbekyanın intihar etməsi barədə birgə məlumat yayıblar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, M.Sarıbekyan oktyabrın 5-də gecə saat 3-də intihar edib.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyitin xarici müayinəsi keçirilib. Müəyyən olunub ki, M.Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.
Prokuror kriminalistin, məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə meyitin xarici müayinəsi zamanı M.Sarıbekyanın boyun nahiyəsində özünü asmağa tam xarakterik olan stranqulyasiya şırımı aşkar edilib.
Məhkəmə tibb ekspertinin ilkin rəyinə əsasən onun bədən səthində başqa heç bir xəsarət izi və ya zorakılıq əlamətləri aşkar olunmayıb.
Araşdırma üzrə məhkəmə tibbi, məhkəmə trassoloji, məhkəmə kriminalisti və fiziki-kimyəvi ekspertizası təyin olunub. Hazırda fakt üzrə araşdırma aparılır və nəticəyə uyğun qərar qəbul ediləcək.

Oxşar yazılar

“Sabunçu bazarı”nda yanğın-VİDEO
8 iyun 2025 , 09:23
Qaxda bir ailənin 4 üzvü və 2 qardaş qəzada yaralandı
7 iyun 2025 , 18:41
Azərbaycanlı qızları fahişəliyə məcbur edən qadına HÖKM OXUNDU
7 iyun 2025 , 18:35
Azərbaycanlı sahibkar BƏƏ-yə qaçdı: işləri yaxşı getmir
7 iyun 2025 , 17:08
Gölün kənarında yeni doğulmuş qız meyiti tapıldı
7 iyun 2025 , 16:50
Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01