Prezident İlham Əliyev terror qurbanlarının yaxınlarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Neft Akademiyasında baş vermiş faciə ilə bağlı başsağlığı verib. Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, başsağlığında deyilir: “2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı hədsiz kədərləndiyimi bildirirəm. Həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək, Ulu Tanrıdan onlara rəhmət diləyirəm. Bu çətin günlərinizdə biz hamımız ağır dərdinizi bölüşərək, sizə səbir və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcəkdir.
Allah rəhmət eləsin!”
Allah rəhmət eləsin!”
768