“Abdulla Çatlını odunla döyə-döyə öldürdük”
“Ergenekon” gizli şahidindən şok iddialar
“Ergenekon” cinayət işində ifadə verən gizli şahid 1996-cı ildə baş verən məşhur “Susurluq qəzası”nda ölən Abdulla Çatlı ilə bağlı şok iddialar irəli sürüb.
Lent.az-ın məlumatına görə, həmin şahidin ifadəsi ikinci “Ergenekon” ittihamnaməsindədir. “Kıskac” adlı gizli şahidin 2008-ci il noyabrın 30-da verdiyi ifadə belədir:
“Antalya JİTEM-də xidmət edən baş serjant Hakan mənə “Bütün narkobaronları Abdulla Çatlıya biz öldürtdük. O, sonra öz xeyri üçün işləməyə başladı. Hər şeyin bir sonu olacağını bilməliydi. Sən bunun qol qəzası olduğunumu düşünürsən? Bizdə görüntülər var. Maşınlar toqquşandan sonra Abdulla Çatlı sağ idi, sağ qolu sınmışdı, yaralıydı. Maşın ön hissədən, sağ tərəfdən vurulmuşdu, Çatlı isə arxada, solda oturmuşdu. Qolunu bükdük, bizə yalvarırdı. Qəzada ölmədi, bizim yetirdiyimiz xəsarət nəticəsində keçindi. Abdulla Çatlını odunla öldürdük”, - dedi. O, qəzanı özlərinin təşkil etdiklərini və maşınları izlədiklərini söylədi”.
Gizli şahid Hakandan mafiya və aşirət başçısı Sədat Bucağı öldürməmələrinin səbəbini soruşub. Baş serjant cavabında “Antepdən Silopiyə qədər bütün ərazilər onun nəzarətindədir, onun 14 min nəfər silahlı adamı var, bu əraziləri itirmək istəmirik”, - deyib.

Oxşar yazılar

Bakıda toyda zəhərlənənlərin sayı 50 nəfərə çatdı - YENİLƏNİB
19 aprel 2025 , 13:00
Bakıda dələduzluq edən qadın və kişi tutuldu
19 aprel 2025 , 11:53
Bakıda iş və pensiya düzəldənlər saxlanıldı - 88 minlik DƏLƏDUZLUQ
19 aprel 2025 , 11:04
Sumqayıtda maşını TIR-a çırpan sürücü öldü
19 aprel 2025 , 10:38
Bir həftəyə bank kartlarından 174 min manatdan çox pul oğurlandı
19 aprel 2025 , 10:22Xaçmazda at belində bataqlıqda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
19 aprel 2025 , 09:37
Dəfələrlə itkin düşdü, çirkab suya düşüb öldü - YENİLƏNİB
19 aprel 2025 , 09:35