Göyçayda iki bacı qazdan boğulub
Bu gün Azərbaycanın Göyçay rayonunda təbii qaz sızmasından bir ailənin iki üzvü ölüb, digəri isə komaya düşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 5.15 radələrində baş verib.
Göyçay şəhəri Məmməd Əmin Rəsulzadə küçəsi 2 ünvanında yaşayan Nazir Rzayevin evində təbii qaz sızması baş verib. Nəticədə onun qızı 1995-ci il təvəllüdlü Rzayeva Sevinc, 1997-ci il təvəllüdlü Rzayeva Nazlı dünyasını dəyişib. Ailənin 1999-cu il təvəllüdlü digər övladı Rzayeva Leyla isə koma vəziyyətində rayon Uşaq Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, ailənin üç qız, bir oğlan övladı var. Təbii qaz sızması qızlar yatan otaqda baş verib.
Hadisəyə gecə saatlarında təbii qazın verilişinin dayandırılması və yenidən bərpa olunması səbəb olub.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar yazılar

Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01
Bakıda marketdən 1500 manatlıq araq oğurladı, tutuldu
21 aprel 2025 , 17:04
Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü
21 aprel 2025 , 15:57