Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib
2009-cu ilin ilk üç ayı ərzində Bakıda 2578 cinayət hadisəsi qeydə alınıb
Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2009-cu ilin I rübünün yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
APA-nın məlumatına görə, müşavirədə giriş sözü ilə çıxış edən BŞBPİ rəisi, polis general-mayoru Rafiq Abbasov Bakı Polis Qarnizonunun cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi sahəsində ölkənin qanunlarından, prezidentin fərman və sərəncamlarından, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmr və göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi işini məqsədyönlü şəkildə davam etdirdiyini qeyd edib.
Daha sonra BŞBPİ-nin rəis müavini, general-mayor Yaşar Əliyev hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Paytaxt polisinin qanunla müəyyən edilmiş vəzifələrin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayan rəis müavini ötən dövr ərzində paytaxt Bakıda kriminogen durumun nəzarətdə saxlanıldığını bildirib.
Y. Əliyev 2009-cu ilin ilk üç ayı ərzində Bakı şəhərində 2578 cinayət hadisəsi qeydə alındığını, onların 86,8 faizinin az ağır və böyük ictimai təhlükə törətməyən, 13,2 faizinin isə ağır və xüsusilə ağır cinayətlər olduğunu qeyd edib. Aparılmış qabaqlayıcı profilaktik tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə adam öldürmələr 13,3 faiz, ölümə sui-qəsdlər 14,3 faiz, quldurluq 20,5 faiz, xuliqanlıq 8,1 faiz, dələduzluq 31,2 faiz, dövlət və bələdiyyə əmlakının oğurluğu cinayətləri 4,5 dəfə, yol-nəqliyyat hadisələri zamanı xəsarət alanların sayı 16,8 faiz azalıb. Ümumi cinayətlərin açılması 76,4 faiz, ağır növ cinayətlərin açılması 74,9 faiz olub, 28 soyğunçuluq və quldurluq cinayəti törətmiş 35 nəfərdən ibarət 16 qrup, eləcə də 28 mənzil oğurluğu cinayəti törətmiş 7 nəfərdən ibarət 3 qrup ifşa edilib.
Bununla yanaşı, hesabatda paytaxtda uzun müddət geniş ictimai rezonans yaratmış, ayrı-ayrı vətəndaşların avtomaşınlarının şüşələrini sındırmaq yolu ilə külli miqdarda pul oğurlamaqla məşğul olan 9 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin də BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən zərərsizləşdirildiyi və həmin dəstə tərəfindən törədilmiş 18 cinayət faktının açılmasının təmin edildiyi qeyd olunub.
Cari ilin I rübü ərzində Bakı şəhərində 72 kiloqramdan çox narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını qeyd edən Y. Əliyev 2009-cu ilin hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsinin də ciddi nəzarətdə saxlanıldığını bildirib.
Əməliyyat müşavirəsinə yekun vuran R. Abbasov BŞBPİ-nin şəxsi heyətinin bundan sonra da cinayətkarlığa qarşı mübarizəni davam etdirəcəyini, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində rəhbərliyin qarşıya qoyduğu bütün tapşırıqları və vəzifələri əzmlə yerinə yetirəcəyini söyləyib.

1302