Azərbaycanlıların olduğu gəmi okeanın ortasında qalıb
23 aprel 2009 13:30 (UTC +04:00)

Azərbaycanlıların olduğu gəmi okeanın ortasında qalıb

80 gündür, Hindistan sahillərində girov qalan gəmidə ərzaq tükənib
Hind okeanının Hindistan sahillərində saxlanılan Panama bayraqlı “Mira” gəmisinin heyət üzvlərinin arasında azərbaycanlılar da var.

Lent.az-ın məlumatına görə, müxalifətdə olan Cümhuriyyət xalq Partiyasının (CHP) deputatı Çətin Soysal bu məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Əli Babacan və nəqliyyat naziri Binəli İldırıma sorğu göndərib.

Sənəddə göstərilib ki, 80 gündür, Hindistan sahillərində saxlanılan gəminin 24 heyət üzvü Türkiyə və Azərbaycan vətəndaşlarından ibarətdir. Quru yük gəmisi olan “Mira” bu ilin yanvarından orada girov qalıb. Belə ki, gəmi 2008-ci ilin noyabrın 15-dən Türkiyənin İzmir şəhərindən yola çıxıb, həmin il dekabrın 12-də Abu-Dabi limanına daxil olub.

“Mira” şirkəti liman əməkdaşlarının pulunu ödəmədiyi üçün gəminin yükü boşaldılmayıb və o vəziyyətdə limandan çıxarılıb. İngiltərənin “Culborne Marina Finance Bank”ı “Mira” şirkətindən borcunu ala bilmədiyi üçün gəmi satılıb. Həftələrlə maaş almayan gəmi heyəti “Mira”nı mənimsəyib. Bundan sonra, gəmi Hindistan Alanq Bıhavanqar Limanına göndərilib. Limandakı şirkət də pulunu ala bilmədiyi üçün gəmi heyətinin pasportlarını əllərindən alıb.
Hazırda gəmi Hindistan sahillərində, sahildən 15 mil uzaqlıqda saxlanılır. 80 gündür, gəmi heyətinə ərzaq və ya digər heç bir yardım göstərilmir. Onların aqibətləri ilə heç kim maraqlanmır. Gəmi heyətinin ərzağı çoxdan tükənib, onların səhhəti barədə heç bir məlumat yoxdur. Aprelin 15-də iki azərbaycanlı qayıqla sahilə çıxmaq istəyib. Onların arxasından gedən 4 türk dənizçidən ikisi okeanda batıb.

Deputat hər iki nazirdən məsələ ilə bağlı araşdırma aparılıb-aparılmadığını, aidiyyəti orqanlara müraciət edilib-edilmədiyini soruşub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar