Ankarada bina çökdü, uçqun altında qalan azərbaycanlı öldü
22 aprel 2009 17:00 (UTC +04:00)

Ankarada bina çökdü, uçqun altında qalan azərbaycanlı öldü

Ankaranın Ulus qəsəbəsində Sosial Müdafiə Qurumunun inzibati binası əsaslı təmir edilərkən beton piltələr çöküb.


Hadisə nəticəsində uçqunun altında qalan Azərbaycan vətəndaşı həlak olub. Lent.az-ın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bina tikintisi ilə məşğul olan firmanın fəhləni sosial sığortası olmadan işlətdiyi müəyyənləşib. Rüzgarlı küçəsindəki bina təxminən 20 gün əvvəl əsaslı təmir üçün təhvil alınıb. Əvvəllər ədliyyə qurumunun istifadəsində olan binada dünən çökmə baş verib.

Təxminən 40 yaşında olan Azərbaycan vətəndaşı isə çökən divarın altında qalıb. İş yoldaşları tərəfindən çıxarılaraq yaxınlıqdakı xəstəxanaya aparılan işçinin həyatını xilas etmək mümükn olmayıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar