Gülər Əhmədovaya basqın edənlərin kimliyi bilindi
Azərbaycan Milli Məclisinin deputatı Gülər Əhmədovaya hücum edən qadınların şəxsiyyəti müəyyənləşib.
Xətai rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə aprelin 19-da, axşam saatlarında, G. Əhmədovanın Xətai rayonu, H. Aslanov qəsəbəsi, S. Hümbətov küçəsində yerləşən 80 saylı evində baş verib.
Məlumatda qeyd olunur ki, evə daxil olan qadınlarla G. Əhmədova arasında mübahisə yaranıb. Sonradan davaya çevrilən münaqişə nəticəsində G. Əhmədovanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Məlumatda o da deyilir ki, hadisəyə mülk üstündə yaranan narazılıq səbəb olub. Belə ki, G. Əhmədova adıçəkilən evi bir müddət əvvəl Rafael Tağıyev adlı şəxsdən alıb. Buna qədər isə həmin evdə R. Tağıyevin qardaşı Elçin Tağıyevin Jalə adlı həyat yoldaşı və Bəsti adlı qaynanası yaşayırmış. R. Tağıyevin evi satmasına baxmayaraq, onlar evdən çıxmaq istəməyiblər. Lakin sonradan evdən çıxarılan Jalə və Bəsti buna görə deputatı günahlandırıblar. Qadınlar bu səbəbdən G. Əhmədovadan heyf çıxmaq istəyib, ona fiziki təzyiq göstəriblər.
G. Əhmədova isə insidentlə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edib. Artıq Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən təhqiqata başlanılıb və iş üzrə toplanmış materiallar Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

833