Bakıda 6 il əvvəl törədilən dəhşətli cinayətin üstü açıldı
16 aprel 2009 11:30 (UTC +04:00)

Bakıda 6 il əvvəl törədilən dəhşətli cinayətin üstü açıldı

Ana və onun gənc oğlunu öldürəndən sonra meyitlərini yandıran qatilin kimliyi müəyyənləşib

Bakıda 6 il əvvəl törədilən dəhşətli cinayətin üstü aşılıb.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, 2003-cü il aprel ayının 4-ü və 8-də Xətai rayonundakı X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə tapılmış kişi və qadın meyitləri aşkarlanıb. DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Xətai RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətlə yetirilənlərin şəxsiyyətləri müəyyənləşdirilib.

Onlar Gürcüstan Respublikasında anadan olmuş 1980-ci il təvəllüdlü Ramin Əsgərov və onun anası, 1957-ci il təvəllüdlü Göyçək Əsgərovadır.

Həyata keçirilmiş tədbirlər nəticəsində o da müəyyənləşdirilib ki, ağır cinayət hadisəsi hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Gürcüstan vətəndaşı Nazim Acalov tərəfindən törədilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar