Əsir əsgərin ailəsinə məktubunun məzmunu
Ötən il oktyabrın 8-də erməni hərbi birləşmələri tərəfindən əsir götürülən Azərbaycan ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovun ailəsinə yazdığı məktubun məzmunu açıqlanıb.
Əsir əsgərin atası Rəhman Həsənov APA-nın Qarabağ bürosuna bildirib ki, məktub rus dilində yazılıb. Məktubda deyilir: “Salam. Babama, bütün qohumlara, dayılarıma, qəsəbədə hamıya salam göndərirəm. Hamının Novruz bayramını təbrik edirəm. Sizdən ötrü darıxıram. Mənim vəziyyətim yaxşıdır”.
R. Həsənovun sözlərinə görə, məktubu onlara verən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri kağızın Rafiq Həsənovun sözləri əsasında BQXK nümayəndəsi tərəfindən rus dilində yazıldığını bildiriblər.
Əsir atası oğlunun qaytarılması ilə bağlı Azərbaycanla Ermənistan arasında yaxın vaxtlarda razılığın əldə olunacağına ümid etdiklərini də söyləyib.
Qeyd edək ki, dünən BQXK Ermənistan nümayəndəliyinin əməkdaşları R. Həsənova baş çəkiblər. R. Həsənovun saxlanma şəraitinin monitorinqi aparılıb. Bu gün isə əsirin ailəsinə görüşlə bağlı məlumat verilib və R. Həsənovun adından yazılan məktub ailəsinə çatdırılıb. Bu, BQXK təmsilçilərinin əsirlə səkkizinci görüşüdür.
Onu da əlavə edək ki, ailəsi sonuncu dəfə əsirdən yanvarın 21-də məktub alıb. Əsirin atası Rəhman Həsənov martın 10-da oğluna yazdığı məktubu BQXK nümayəndələrinə verib, məktubda oğlunun Novruz bayramını təbrik edib, onun yolunu gözlədiklərini yazıb.
Həmin məktuba cavab isə 1 ay 5 gün sonra – aprelin 15-də gətirilib.
Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

882