Bakıdan Moskvaya uçan azərbaycanlıdan hərbi sursat aşkarlanıb
29 mart 2009 14:00 (UTC +04:00)

Bakıdan Moskvaya uçan azərbaycanlıdan hərbi sursat aşkarlanıb

Martın 28-də təyyarə ilə Bakıdan Moskvaya getmək istəyən şəxs Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) Aviasiya Təhlükəsizliyi İdarəsinin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.


Bu barədə Lent.az-a “AZAL”ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Belə ki, təhlükəsizlik xidmətinin əməkdaşları 148 saylı Bakı-Moskva reysinin sərnişinlərinin üzərinə baxış keçirərkən, sərnişin Kazımov Nazim Qurban oğlunun üzərindən daşınması qadağan olan əşyalar – 1 ədəd “Volter” tapançasının darağı və 6 ədəd güllə aşkar ediblər.

Saxlanılan şəxs Rusiya Federasiyasının vətəndaşıdır. O, Rusiyaya məxsus “Aeoroflot” aviaşirkətinin təyyarəsilə uçmaq istəyirmiş. Saxlanılan şəxs Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar