Polis serjantı avtomobilində yanaraq öldü
Hadisə YPX-nin əməkdaşı Elxan Aşıqovun idarə etdiyi “Mercedes”in yük maşını ilə toqquşması nəticəsində baş verib
Bu gün saat 01.00 radələrində Bakı-Qazax avtomagistralının 384-cü km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Şəmkir rayon Polis şöbəsinin baş müstəntiqi Pakizə Quliyeva bildirib. Məlumata görə, Gəncə şəhər sakini, 1975-ci il təvəllüdlü Aşıqov Elxan Vəkil oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 CD 800 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdən gələn Qubadlı rayon sakini Vəliyev Cabir Valeh oğlunun idarə etdiyi “ZİL 431510” markalı, 44 BD 072 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə “ZİL 431510” aşıb, “Mercedes” isə yanıb. Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının 8-ci taqımının yol patrul xidmətinin inspektoru, polis serjantı Elxan Aşıqov avtomobildə yanaraq, keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanılıb.
Vüsalə Cənnətova

1264