Mirzə Sakit amnistiyaya düşüb
Jurnalist bu gün azadlığa buraxılacaq
“Azadlıq” qəzetinin həbsdə olan jurnalisti Mirzə Sakit Amnistiya aktına əsasən, bu gün saat 15.00-16:00 radələrində 10 saylı cəzaçəkmə müəssisindən azadlığa buraxılacaq.
Lent.az-ın məlumatına görə, “Turan”a Mirzə Sakitin ailəsi bildirib. Mirzə Sakit qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında günahlı bilinərək 3 il həbs cəzası alıb.
Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə açıqlamasında Amnistiya aktının şamil olunduğu məhbuslar arasında jurnalistlərin də olduğunu deyib. Lakin o, həmin jurnalistlərin hamısının adlarını bilmədiyini vurğulayıb. H. Əlixanovun sözlərinə görə, bu gün 100-dək məhkum azadlığa buraxılacaq.

833