43 yaşlı imam 12 yaşlı qızla evləndi
İndoneziyada 43 yaşlı imam 12 yaşlı qızla evlənib.
Lent.az-ın məlumatına görə, 43 yaşlı din xadimi Pujiono Cahyo Vidianto minlərlə insanın iştirak etdiyi mərasimdə azyaşlı ilə nikaha daxil olub. O, molla kəbini ilə ailə qurub.
Uşaqların hüquqlarını müdafiə təşkilatları bu barədə məsələ qaldırıb və nəticədə Vidianto tutulub. Azyaşlı isə ailəsinə təhvl verilib. İmam ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.
“Mən heç bir cinayət törətməmişəm. 12 yaşlı qızla evləndim, amma onunla cinsi əlaqəyə girmək üçün həddi-buluğa çatmasını gözləyəcəkdim”, - deyə Vidianto özünü müdafiə edib.
Qeyd edək ki, İndoneziyada 18 yaşından kiçik şəxslərin ailə qurması qadağandır, bu səbəbdən imamı 15 ilədək həbs cəzası gözləyir.

927