Üç qadın Latviya vətəndaşını “Sərin”də soydu
18 mart 2009 11:30 (UTC +04:00)

Üç qadın Latviya vətəndaşını “Sərin”də soydu

Suneps Maris Albertoviçin cibindən 1500 avro, 400 manat və 2 ədəd kredit kartını oğurlayan qadınlar tutulublar


Bakıda Latviya vətəndaşını qarət edən 3 qadın saxlanılıb.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Səbayel RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-nə keçən gecə Babək prospektindəki Sərin İstirahət Mərkəzindən Latviya vətəndaşı Suneps Maris Albertoviçin cibindən 1500 avro, 400 manat və 2 ədəd kredit kartını oğurlayan Bakı şəhər sakinləri Gülnarə Məmmədova, Amilə Süleymanova və Əfsanə Baxışova tutulublar.

Faktla əlaqədar toplanmış materiallar aidiyyəti üzrə Nizami RPİ-yə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085

Oxşar yazılar