Türkiyənin Sinop şəhərində 3 yaşlı uşağın cinsi orqanından daş çıxarılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 3 yaşlı Sədri 4 gün dayanmadan ağlayıb. Valideynləri uşağı həkimə aparıblar, xəstəxanada körpənin cinsi orqanında sərt maddə olduğu müəyyənləşib. Keçirilən cərrahiyyə əməliyyatı nəticəsində 0,5x0.5 sm ölçüsündə daş çıxarılıb. Daşın sidikdən əmələ gəldiyi, sidik kisəsindən cinsi orqanına düşdüyü məlum olub.
1083