Ali Məhkəmə rektorların tələb etdiyi 40 min manatı yarıya endirdi
17 mart 2009 16:00 (UTC +04:00)

Ali Məhkəmə rektorların tələb etdiyi 40 min manatı yarıya endirdi

Ali Məhkəmədə “Aerosvit-Ukrayna Hava Yolları” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinin kassasiya şikayətinə baxılıb. Bu barədə Lent.az-a nümayəndəliyin vəkili Kamandar Nəsibov məlumat verib. Hakim Əsəd Mirzəliyevin sədrliyilə keçirilən prosesdə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov, BDU-nun Tədris işləri üzrə prorektoru Vüsət Əfəndiyev, Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov, həmçinin onların vəkilləri iştirak etməyib.

Hakim əvvəlki instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirib. Belə ki, əvvəlki instansiya aviaşirkət nümayəndəliyinin 4 şəxsin hər birinə 10 min manat (ümumilikdə 40 min manat) ödənilməsi barədə qərar çıxarmışdısa, Ali Məhkəmə bu rəqəmi 5 minə (ümumilikdə 20 min manat) endirib.

Həmçinin, aviaşirkətin Azərbaycan nümayəndəliyindən 1611 manat vurulmuş maddi ziyan, 19,80 qəpik dövlət rüsumu alınaraq müştərək qaydada iddiaçılara ödənilməlidir.

K.Nəsibov bu qərarla da razılaşmadıqlarını, bu səbəbdən də Ali Məhkəmənin Plenumuna müraciət edəcəklərini bildirib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219

Oxşar yazılar