Zəhərli hörümçəyin çaldığı şikəst ayağa qalxıb yeridi
17 mart 2009 13:15 (UTC +04:00)

Zəhərli hörümçəyin çaldığı şikəst ayağa qalxıb yeridi

ABŞ-da onurğa sütunu zədələndiyi üçün ayaqları tutulan şəxs 20 il sonra bədbəxt hadisə nəticəsində yeriməyə başlayıb.


Lent.az-ın məlumatına görə, Devid Blankart adlı bu şəxs 21 yaşında olarkən motosikletdə qəza keçirib və ağır bədən xəsarəti alıb. Nəticədə onun ayaqları tutulub və əlil arabasına məhkum olub, 20 il bu vəziyyətdə yaşayıb.


8 ay əvvəl Devidi öldürücü zəhərli olan hörümçək çalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Blankart 8 ay ərzində reanimasiya şöbəsində saxlanılıb. 5 gün əvvəl tibb bacısı pasiyentin ayağında gərilmə hiss edib. Tibb bacısı xəstənin ayağına toxunub.

Devid bu anı belə xatırlayır: “O, ayağıma toxundu və mən 20 ildən sonra ilk dəfə ayağımı hiss etdim. Sevindiyimdən səsim çıxana qədər qışqırdım”.


Hazırda Devid yeriməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305

Oxşar yazılar