Somalidə girov götürülən azərbaycanlının kimliyi məlum oldu
BMT missiyasında çalışan Azərbaycan vətəndaşının Somalidə naməlum silahlı şəxslər tərəfindən girov götürülməsi faktı təsdiqlənib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev APA-ya bildirib ki, girov götürülən şəxs BMT-nin İnkişaf Proqramının könüllüsü Mirağa Babayevdir.
Səfir daxil olan məlumatlara əsasən, silahlı şəxslərin girovlara qarşı zor tətbiq etmədiklərini, onların özlərini yaxşı hiss etdiklərini deyib: “Hazırda BMT-nin müvafiq qurumları girovların azad edilməsi istiqamətində əməli iş aparırlar. Bununla bağlı bütün əlaqələr işə salınıb”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, artıq Azərbaycan vətəndaşı ilə bağlı insidentin araşdırılması üçün Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə, həmçinin Misirdəki səfirliyimizə XİN rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.

1099