Generalın qətlini araşdırmaq xarici ölkələrə müraciət olunmayıb
16 mart 2009 17:00 (UTC +04:00)

Generalın qətlini araşdırmaq xarici ölkələrə müraciət olunmayıb

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı, general-leytenant Rail Rzayevin qətlinin araşdırılması üçün Azərbaycan tərəfi heç bir xarici ölkəyə müraciət etməyib.

Bunu Lent.az-a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. E.Sultanov bildirib ki, Baş Prokurorluq və Azərbaycanın xüsusi xidmət orqanları kifayət qədər müasir texnika və texnologiya ilə təchiz olunub: “Azərbaycanda peşəkar mütəxəssislər var və cinayətin açılması üçün intensiv araşdırma aparılır. Azərbaycan tərəfi cinayət işini araşdırmaq üçün başqa ölkələrin hüquq-mühafizə orqanlarına müraciət etməyib”.

Qeyd edək ki, R.Rzayev fevralın 11-də səhər saatlarında evinin qarşısında qətlə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə cinayət işi başlanılıb. Qatilin tutulması istiqamətində istintaq gedir.

Şəhriyar Əlizadə
# 1001

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

19 may 2024 , 00:28
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20