Bakıda ər arvadını qətlə yetirib
16 mart 2009 16:30 (UTC +04:00)

Bakıda ər arvadını qətlə yetirib

Hadisə ailə münaqişəsi zəminində baş verib

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 15-də saat 19:00 radələrində Məhəmməd Hadi küçəsində yaşayan 1969-cu il təvəllüdlü Vahid Zahid oğlu Soltanov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Əsli İslam qızı Soltanovanı yaşadığı mənzildə bıçaqla qətlə yetirib.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən V.Sultanov tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar