Bakıda musiqi müəllimi özünü asdı
53 yaşlı məcburi köçkünün ailəsi bir il əvvəl dağılıb
Azərbaycan paytaxtında musiqi müəllimi özünü asıb. Əzizbəyov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Qala qəsəbəsində yerləşən hərbi şəhərcikdə baş verib.
Əslən Füzuli rayonundan olan məcburi köçkün, hərbi şəhərcikdə məskunlaşmış 1956-cı il təvəllüdlü Yusif İsmayıl oğlu Əliyev özünü həyətdəki ağacdan asaraq, intihar edib. Mərhumun bir il əvvəl ailəsindən ayrıldığı, ailəsinin dağılmasından depressiyaya düşərək, əsəb xəstəliyinə tutulduğu və 3-4 ay əvvəl də intihara cəhd etdiyi bildirilir. Y. Əliyevi həmin vaxt qonşuları xilas ediblər.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

1069