Universitetin bölmə rəhbəri tutuldu
Zülfi Babayev dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulun mənimsəyib
Respublikanın hüquq-mühafizə orqanları tərəfindən korrupsiya və vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə halları ilə mübarizə tədbirləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Respublika Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu günlərdə keçirilmiş birgə tədbirlər nəticəsində bu kateqoriyadan olan cinayətlərlə bağlı yeni fakt aşkarlanıb.
MTN ictimai əlaqələr mərkəzində Lent.az-a verilən məlumata görə, həyata keçirilmiş birgə tədbirlər nəticəsində müəyyən edilib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3169 ünvanında qanunsuz fəaliyyət göstərən “Ümumdünya Texnologiya Universiteti”nin Bakıdakı struktur bölməsinin rəhbəri, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş Zülfi Babayev vətəndaşları aldadaraq, onlardan 300-5000 manat məbləğində pul alıb, qanunsuz fəaliyyət göstərən qeyd olunan təhsil müəssisəsinə qəbul edib, hər bir tələbədən bir tədris ili üçün 700 manat alıb.
“Nab” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmaqla müəssisənin direktoru vəzifəsində işləyən Zülfi Babayev özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, xüsusi razılıq (lisenziya) almadan Rusiya Federasiyasının Moskva şəhərində yerləşən YUNESKO «Ümumdünya Texnologiya Universiteti»nin rəhbərliyi ilə aralarında bağlanmış 01 fevral 2008-ci il tarixli, 007-PI nömrəli müqavilə, habelə həmin universitet tərəfindən ona təqdim edilmiş etibarnaməni əsas tutaraq, tədris kursları təşkil etmək adı altında Bakı şəhərində göstərilən universitetin nümayəndəliyini yaradıb, Azərbaycan Respublikası ərazisində qanunla nəzərdə tutulmadığı halda, bir sıra vətəndaşlara distant yolla təhsil almaq hüququnu izah etməklə, göstərilən nümayəndəliyə müəllim kimi işə qəbul etmiş şəxslər vasitəsi ilə onları nümayəndəliyə tələbə kimi cəlb etməklə onlara tələbə biletləri, imtahan kitabçaları verib müvafiq tədris işlərini həyata keçirib.
Bundan başqa, rəhbəri olduğu qanunsuz tədris müəssisəsində fəaliyyət göstərən müxtəlif fakültələrə tələbə kimi qəbul etdiyi Quliyev Qafur Rahil oğlu, Rəhimli Ağa Əlihüseyn oğlu, Babaxanov Sərxan Tahir oğlu, Rəsulzadə Kənan Qadir oğlu, Xəlilov Ülvü Xəlil oğlu, Mirzağayeva Aygün Allahyar qızı, Təhməzov Anar Xanış oğlu, Qasımova Arzu Binnət qızı, İsgəndərova Aygün Rafiq qızı, Kazımova Mənsumə Balaxan qızı və digər tələbələrin özləri və ya valideynlərindən tədris ili üçün hər bir tələbədən 700 manat məbləğində pul vəsaitinin ona ödənməsini təmin etməklə külli miqdarda gəlir əldə edib göstərilən şəxslərə külli miqdarda ziyan vurub, eləcədə göstərilən şəxslərin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmayan qanunsuz yolla təhsil almalarını təşkil etməklə onların hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub.
Toplanmış material üzrə Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.1 və 308.1-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə edilib.
Törətdiyi cinayət əməlinə görə Zülfi Babayev qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qisminə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Qeyd olunan təşkilatın əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmış və ya onların qanunazidd əməlləri barədə hər hansı bir məlumatı olan vətəndaşlardan aşağıdakı telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur: 449-39-16, 449-39-05, 492-55-40.

1492