İki rektor və nazirlik rəsmisi təyyarəyə buraxılmayıb - EKSKLÜZİV
Məhkəmə onların hərəsinə 10 min manat ödənilməsi barədə qərar çıxarıb
Azərbaycanın 4 nəfər nüfuzlu və rəsmi şəxsləri Heydər Əliyev adına Aeroportda təyyarəyə buraxılmayıb. Lent.az-ın məlumatına görə, həmin şəxslər Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov, BDU-nun Tədris işləri üzrə prorektoru Vüsət Əfəndiyev və Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov olub.
Həmin şəxslər Ukraynanın paytaxt Kiyevdə keçirilən tədbirə qatılmalı imiş. Onlar səfərə çıxmaq üçün əvvəlcədən “Aerosvit-Ukrayna Hava Yolları” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyindən bilet alıb. Lakin təyyarə yola düşərkən məlum olub ki, Kiyevə uçan təyyarəyə 19 bilet artıq satılıb, həmin şəxslərin də biletləri həmin artıq biletlərin sırasında olub. Nəticədə Azərbaycanın nüfuzlu şəxsləri təyyarəyə buraxılmayıb.
Belə olanda onlar yenidən, bu dəfə başqa aviaşirkətdən bilet alıb, Rusiyanın Moskva şəhərinə, oradan da Kiyevə uçublar. Nəticədə 2 nəfər rektor, 1 nəfər nazirliyin şöbə müdiri və 1 nəfər prorektor Kiyevdəki tədbirə gecikiblər.
Adı çəkilən şəxslər sərnişinlərin hüquqlarının pozulması, müqavilənin şərtlərinə zidd olaraq uçuşa buraxılmaması, vurulan maddi və mənəvi ziyanın ödənilməsi iddiası ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Onların hər biri maddi və mənəvi ziyana görə “Aerosvit-Ukrayna Hava Yolları” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinin 10 min manat (ümumilikdə 40 min manat) ödəməsini istəyib. 2008-ci ilin iyul ayında Yasamal rayon Məhkəməsi iddianı təmin edib.
Aviaşirkət nümayəndələri Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, kassasiya şikayəti verib. Bu instansiya məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu dəfə aviaşirkət Azərbaycan Ali Məhkəməsinə müraciət edib. Hazırda işə Ali Məhkəmədə baxılır.
Pərvin ABBASOV

1273