Kamran Əsədov: “Azərbaycan dövlətini sevmirəm, bayrağını və qanunlarını qəbul eləmirəm”
13 mart 2009 14:30 (UTC +04:00)

Kamran Əsədov: “Azərbaycan dövlətini sevmirəm, bayrağını və qanunlarını qəbul eləmirəm”

“Mənim bayrağım üstündə “La iləhə illəllah” yazılmış qara rəngli bayraqdır”

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Toğrul Qasımov məhkəmədə yalan danışmayacağına dair and içməkdən imtina edib. O, “mən yalnız Allaha and içə bilərəm”, - deyib. Şahid ifadəsində təqsirləndirilən Hacıbaba Hüseynovu toylarda gördüyünü deyib: “O, toylarda xütbələr oxuyurdu”.
Şahid “əhli-sünnə” və “əhli-cəmaə” təriqətlərini haqq yolunda olan təriqətlər kimi qiymətləndirib.

Təqsirləndirilən Yaşar Məhərrəmov Azərbaycan haqqında xoşagəlməz sözlər söyləyib. O, üzünü hakimə və prokurora tutaraq, “Azərbaycan tarixən başqa ölkələrin quyruğu olub, sabah burada şəriət dövləti yaransa, siz onun şərtlərinə əməl edəcəksiniz”, - deyib.

Y.Məhərrəmov cihadın şəriət dövlətlərinin Hərbi Doktrinasına daxil edildiyini bildirib, Azərbaycan mediasında din haqqında materialların verilməsinin qadağan olduğunu iddia edib.

Təqsirləndirilən dövlət ittihamçısının “dinşünas alim Vasim Məmmədəliyev televiziyalarda hər zaman çıxış edir” sözlərinə isə “mən onun fikirlərini qəbul etmirəm”, - şəklində cavab verib.

Daha sonra təqsirləndirilən Kamran Əsədov çıxış edib. O, çıxışında ölkənin bayrağını və qanunlarını tanımadığını deyib: “Mənim bayrağım üstündə “La iləhə illəllah” yazılmış qara rəngli bayraqdır. Azərbaycan dövlətini sevmirəm, bayrağını və qanunlarını qəbul eləmirəm”.

Məhkəmə prosesi günü ikinci yarısında davam etdiriləcək.


Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1285

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45