“Bin Ladenin çıxışları ilə rahatlıq tapırdım”
Təqsirləndirilən şəxs: “Allah bizə cihad nəsib eləsin”
Bu gün, günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi dava etdirilib.
Lent.az-ın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Kamran Babayev vəkili Mənsum Bayramovdan imtina edib.
Daha sonra prosesdə təqsirləndirilən Hacıbala Hüseynovun tutulan vaxt üzərindən tapılan disklər nümayiş olunub. Həmin disklərdə Əfqanıstan, Çeçenistan və İraqdakı mücahidlərin döyüşü ilə bağlı kadrlar, onun özünün toylarda oxuduğu xütbələr, terrorçu Üsamə bin Ladenini çıxışları və s. görüntülər olub.
Təqsirləndirilən şəxslər görüntülərə baxarkən “Allahu-əkbər” deyərək, təkbir gətiriblər.
Dəstənin başçısı Kamran Əsədov “Allah bizə də belə bir cihad nəsib eləsin”, - deyib.
H.Hüseynov həmin görüntülərə baxanda rahatlıq tapdığını, onlardan mənbə kimi istifadə etmədiyini bildirib.
Proses aprelin 2-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
Şəhriyar Əlizadə

1275