İş adamı Hacıbəy Zaqatalskinin cinayət işinin istintaqı yekunlaşıb
O, Azərbaycanda dövlət əleyhinə çağırışlarda təqsirli bilinir
Dövlət əleyhinə açıq çağırışlarda təqsirli bilinərək həbs edilən iş adamı Hacıbəy İbrahimov (Zaqatalski) və onun daha iki tərəfdaşı barəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə APA-ya Zaqatala rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hazırda təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamla tanış olurlar. Yaxın günlərdə isə iş baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.
Qeyd edək ki, iş adamı H. Zaqatalski ötən il oktyabrın 13-də Milli Təhlükəsizlik Nazirliyi və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı həbs olunub. Bir neçə gün sonra isə onun daha iki tərəfdaşı, sürücüsü Nəbi Sulxayev və sahibi olduğu “Ləzzət” istirahət guşəsinin əməkdaşı Hacı Katlayev həbs edilib. Hər üç şəxs rayonun milli azlıqlar yaşayan kəndlərində milli zəmində təxribat xarakterli kitab və vərəqələr yaymaqda təqsirləndirilir. Yayılmış vərəqələrdə dövlət əleyhinə çağırışlar və bölgədə Muxtar Respublika yaratmaq meylləri əks olunub.
H. Zaqatalskinin evində axtarış aparılarkən oradan dövlətçilik əleyhinə xeyli sənəd və əl qumbarası aşkar edilərək götürülüb. Bundan başqa, təqsirləndirilən şəxsin iş yerində olan kompüterlər də əməliyyatçılar tərəfindən götürülüb. Faktla bağlı H. Zaqatalski və onun iki tərəfdaşı barəsində Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, Zaqatalada “Zaqatalski” kimi tanınan H. İbrahimov iş adamıdır. O, “Ləzzət” istirahət guşəsi və “Mağara” tütün fermer təsərrüfatının sahibidir.

1594