Generalın qətlinin istintaqında yenilik yoxdur
Eldar Sultanov: “İntensiv əməliyyat-istintaq hərəkətləri davam etdirilir”
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının rəhbəri, general-leytenant Rail Rzayevin qətli ilə əlaqədar başlanmış cinayət işinin istintaqı üzrə intensiv əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Bu barədə Trend News-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, istintaqla bağlı hər hansı bir yenilik yoxdur.
Sultanovun sözlərinə görə, istintaq sirri olduğundan onun təfərrüatları hələlik açıqlanmır.
Trend News-un arayışı: Rzayev fevralın 12-də İsmayıl Qutqaşınlı küçəsi, 125 ünvanında, yaşadığı evin qarşısında xidməti avtomobilində odlu silahla qətlə yetirilib.
Generalın qətli ilə bağlı Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120 maddə) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci maddə) maddələri ilə cinayət işi açılıb.
Generalın qətlinin araşdırılması üçün Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

1045