Ermənilər qəbiristanlığa gedən Ağdam sakinlərini atəşə tutub
Azərbaycan hərbçiləri qəbiristanlıqda olan sakinləri təhlükəsiz əraziyə çıxara biliblər
Bu gün Ağdam rayonunun Mirəşelli kənd qəbiristanlığına Novruz bayramı münasibəti ilə ziyarətə gedən kənd sakinləri atəşə tutulub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri işğal altında olan Baş Qərvənd kəndi ərazisindən sakinlərə avtomatlardan atəş açıblar. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub. Azərbaycan hərbçiləri qəbiristanlıqda olan sakinləri təhlükəsiz əraziyə çıxara biliblər.
Qeyd edək ki, qəbiristanlıq qoşunların təmas xəttinin 100-150 metrliyində yerləşir. Yerli sakinlər dəfn mərasimlərinə və ziyarətə getmək üçün səngərdən istifadə edirlər.

Oxşar yazılar

Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Sumqayıtda qadını əri bıçaqladı
1 iyul 2025 , 22:27
Şahin Şıxlinskı və oğlu saxlanıldı - VİDEO
1 iyul 2025 , 21:03
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45