Bakıda 2 reket jurnalist tutulub
Bakının Sabunçu rayonunda hədə-qorxu yolu ilə tələb etmə və şantaj etməkdə təqsirləndirilən 2 jurnalist həbs olunub.
Sabunçu Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saxlanılan şəxslər 1957-ci il təvəllüdü Nazim Sirac oğlu Quliyev və 1980-ci il təvəllüdlü Zəmanət Cabbar oğlu Əzimovdur.
Məlumata görə, onlar Bakıdakı kafelərdən birinin sahibəsi olan qadına özlərini “Dövlət qanunları” qəzetinin əməkdaşları kimi təqdim edərək hədə-qorxu gəlib və pul tələb ediblər. “Jurnalistlər” əks təqdirdə qadının insan alveri ilə məşğul olması barədə məqalə yazacaqlarını deyiblər. Hər iki şəxs qadının şikayəti əsasında həbs olunub. Onların jurnalist olub-olmamaqları araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Şəhriyar Əlizadə

Oxşar yazılar

"Azərbaycana gəlib yatırım qoymuşam" - Yarım milyardlıq MƏHKƏMƏ İŞİ
18 aprel 2025 , 12:48
Şagird çəkiclə müəllimin başına vurdu
18 aprel 2025 , 11:52
Qazinin polis postunda ürəyi getdi - VİDEO
18 aprel 2025 , 11:26
Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI
18 aprel 2025 , 11:24
Şabranda selin apardığı neftçi ilə bağlı YENİ FAKTLAR - Evinə gedirmiş...
18 aprel 2025 , 10:14
Qaynını güllələyən yeznə həbsdə öldü - ŞƏKİDƏ
18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı
18 aprel 2025 , 09:41