Pul vermədiyi üçün tənbeh olunan şagird özünü məktəbin 2-ci mərtəbəsindən atıb
10 mart 2009 16:30 (UTC +04:00)

Pul vermədiyi üçün tənbeh olunan şagird özünü məktəbin 2-ci mərtəbəsindən atıb

O, başı üstə yerə düşüb, qolu sınıb və kəllə-beyin travması alıb
Bakının Sabunçu rayonu ərazisində Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin 9 "c" sinif şagirdi Mirsahib Əzimzadə sinif rəhbərinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ona pul verməməsi ilə bağlı tənbehlərinə dözməyərək özünü məktəbin 2-ci mərtəbəsindən aşağı atıb. Bu barədə ANS PRESS-ə şagirdin anası Ulviyyə Əzimova məlumat verib.
Valideyn bildirib ki, hadisə martın 7-də baş verib: “Sinif rəhbəri Gülnarə Hüseynova 8 Martla bağlı şagirdlərin hər birindən 15 manat pul yığıb. İmkanımız olmadığına görə isə mən övladıma 10 manat vedim. Müəlliməsi Gülnarə isə sinifdə 5 manat az verdiyinə görə oğlumu danlayıb. Müəllimənin uşaqların yanında tənbeh etməsindən utanan Mirsahib evdən pul gətirmək üçün məktəbdən çıxmaq istəyib. Məktəbin qapıçısı isə dərs bitmədiyindən onu küçəyə çıxmağa qoymayıb. Çıxılmaz vəziyyətdə qalan Mirsahib isə özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Nəticədə başı üstə yerə düşüb, qolu sınıb və kəllə-beyin travması alıb. 3 saylı xəstəxanada qoluna gips taxılarkən özündən gedib. Müəyyən müddət reanimasiyada saxlandıqdan sonra, Neyrocərrahiyyə İnstitutuna göndərilib. Sonradan isə müalicəsinin evdə aparılmasına icazə verilib”. Ü.Əzimova bu vaxta kimi sinif və ya məktəb rəhbərliyindən heç kimin onun vəziyyəti ilə maraqlanmadığını da deyib.

Məktəbin direktoru Qurbantac Qazıbəyova isə əvvəl ANS PRESS-ə M. Əzimzadənin dəcəl olduğunu və onun dərsdən qaçmaq məqsədilə 2-ci mərtəbədən tullandığını desə də, sonradan baş verən hadisəni təsdiqləyərək, hadisənin ürəkaçan hal olmadığını bildirib: “Hadisənin pula və yaxud başqa şeyə görə olduğunu bilmirəm, ancaq bu hadisə heç də urəkaçan hal deyil. Məktəbdə belə hadisə olmamalıdır”. Məktəb direktoru müavinlərinin və məktəb psixoloqunun M. Əzimzadənin yanına göndərildiyini və ona lazımi köməkliyin göstəriləcəyini bildirib.

Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı isə ANS PRESS-ə bildirib ki, hadisə martın 7-də M. Əzimzadə dərsdən qaçmaq istəyərkən baş verib. Onun sözlərinə görə, məktəbin qapıçısı onu dərsdən yayınmağa icazə vermədikdə, M. Əzimzadə 2-ci mərtəbədən tullanıb. Nəticədə qolu qırılıb, beyni silkələnib. Z.Əliqızı hazırda Bakı Təhsil İdarəsinin nümayəndəsi Məhəmməd Bayramovun hadisə ilə bağlı məktəbə göndərildiyini və araşdırma apardığını deyib: “Təəssüfləndirici haldır. Günahkarın kim olmasından asılı olaraq lazımi tədbir görüləcək, günahkar şəxs cəzalandırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45