“Kapital Bank”ın filial müdiri həbs olunub
10 mart 2009 15:00 (UTC +04:00)

“Kapital Bank”ın filial müdiri həbs olunub

Milli Depozit Mərkəzinin şöbə rəisi də saxlanılıb


2009-cu ilin əvvəlindən indiyədək Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 25 şəxs barəsində 15 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib, 37 cinayət işinin istintaqı isə davam etdirilir.

Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Ağcabədi rayon “Aqroservis” filialının vəzifəli şəxsləri barəsində aparılan cinayət işinin istintaqı ilə filialın rəhbərliyinin əkin mövsümü ərəfəsində rayon sakinlərinə gübrə satılacağı barədə məlumat verərək, onlarla gübrə satışı barədə müqavilə bağladığı müəyyən edilib. Lakin müəyyən müddət sonra guya rayona gübrə verilməməsi, tələb olunan miqdarda gübrə ayrılmaması barədə şayiələr yayaraq, adlarına gübrə satışı rəsmiləşdirilmiş vətəndaşları aldadıb, onlara verilməsi nəzərdə tutulan gübrənin əvəzində nağd pul təklif edilərək gələcəkdə heç bir borc ödəməyəcəkləri bildirilib.

Vətəndaşların bir çoxu gələcəkdə heç bir borc ödəməyəcəklərinə əmin olduqdan sonra onlara təklif olunmuş pulları alıb, lakin bağladıqları rəsmi müqavilələr üzrə gübrə istifadəçiləri kimi borc öhdəlikləri yaranıb. İstintaq zamanı həmçinin müəyyən olunub ki, Ağcabədi rayon “Aqroservis” filialına ayrılmış gübrələr filialın müdiri Qasım Kərimov tərəfindən anbardan, bir çox halda isə dəmir yolu stansiyalarından topdansatış qaydasında ayrı-ayrı şəxslərə nağd pula satılaraq əldə olunmuş 307260.78 manat pul mənimsəmə və israf etmə yolu ilə talanıb. Törətdiyi əməllərinə görə Q. Kərimov Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

“İnter star” beynəlxalq şirkətinə kredit kimi rəsmiləşdirilmiş 65 000 manat pulun mənimsənilməsi barədə daxil olan müraciət üzrə başlanılmış cinayət işinin istintaqı ilə isə müəyyən edilib ki, “Kapital Bank”ın Qobustan rayon filialının müdiri vəzifəsində işləyən Pərvin Kazımov qulluq mövqeyindən sui-istifadə etməklə bankın Kredit Komitəsindən müvafiq qaydada icazə almadan, bankın digər müştəriləri qarşısında olan öhdəliklərinin təmin edilməsi üçün nəzərdə tutulan və bu məqsədlə filiala göndərilmiş puldan 65 000 manatını mənimsəmək məqsədilə Sumqayıt şəhərində yerləşən, dəyəri 245 000 manat təşkil edən qeyri-yaşayış sahəsini kreditin qaytarılmasının təminatı kimi ipoteka yüklü edilməsi barədə “İnter star” beynəlxalq şirkətinin direktoru Arzu Mirzəyevin adına sonuncuya 12 ay müddətinə 24 faizlə 65 000 manat kredit verilməsi barədə kredit və ipoteka müqavilələrinin bağlanılmasını və bununla bağlı digər sənədləşmələrin aparılmasını təşkil edərək həmin pulun Arzu Mirzəyevə verilməsi barədə xəzinə məxaric orderi tərtib etdirərək imzaladıb. Lakin onun göstərilən pulu özü götürərək özgə əmlakını külli miqdarda taladığı müəyyən edilib. Törətdiyi cinayət əməlinə görə Pərvin Kazımov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək tutulub.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə apardığı araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Bülbül prospekti, 19 ünvanında yerləşən “Milli Depozit Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Deponentləşdirmə şöbəsinin rəisi Cavanşir Hacıyev 2006-cı ilin iyun ayından 2009-cu ilin fevral ayınadək olan müddət ərzində qulluq mövqeyindən istifadə edərək, ona etibar edilmiş Deponentləşdirmə şöbəsinin xəzinəsində saxlanılan 861.973,9 manat dəyərində, yəni 193702 ədəd dövlət özəlləşdirmə çekini (48.425,5 ədəd dövlət özəlləşdirmə payını) mənimsəyərək talayıb.
Həmin fakt üzrə 05 mart 2009-cu il tarixdə başlanılmış cinayət işi üzrə Cavanşir Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45