Heydər Əliyev Fondu amnistiya ilə bağlı məlumat yayıb
“Heydər Əliyev Fonduna məhkum edilən şəxslərdən və onların ailə üzvlərindən çoxsaylı müraciətlər daxil olub, bununla bağlı araşdırmalar aparılıb və həmin insanlara münasibətdə mərhəmət göstərilməsi zərurəti yaranıb”.
Bu sözlər Heydər Əliyev Fondunun qurumun rəhbəri, millət vəkili Mehriban Əliyevanın Milli Məclisə təqdim etdiyi “Amnistiya Aktı haqqında” qanun layihəsi ilə bağlı bu gün yaydığı məlumatdandır.
Fonddan APA-ya verilən məlumatda bildirilir ki, Amnistiya Aktı layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətlərə görə məhkum edilən qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslər və digər kateqoriyadan olanların azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir.
Bundan başqa, amnistiyanın azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onların cəzadan azad edilmələri təklif edilib.
Təqribən 9 min şəxsin amnistiyanın təsiri altına düşməsi ehtimal edilir. Onlardan 1700-dək məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.

1220