Azərbaycan vətəndaşı “Türk Hava Yolları”nı cərimələtdirdi
Onun iddiasını Ali Məhkəmə təmin edib
Azərbaycan vətəndaşı Həsənova (Moqubeliyeva) Vəfa Allahverdi qızı “Türk Hava Yolları”nın cərimələnməsinə nail olub. Azərbaycan Ali Məhkəməsindən Lent.az-a verilən məlumata görə, V.Həsənova borcun və zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib. Belə ki, V.Həsənova “Türk Hava Yolları”nın xidmətindən istifadə edərkən baqajı itib. Onun hansı marşrutla uçduğunun dəqiqləşdirmək mümkün olmasa da, baqajın Azərbaycan ərazisində itdiyi bildirilib. V.Həsənova dəyən mənəvi və maddi ziyana görə “Türk Hava Yolları”nın 10 min manat ödəməsini istəyib. Əvvəlki məhkəmə instansiyaları azərbaycanlı xanımın iddiasını təmin etməyib.
Azərbaycan Ali Məhkəməsinin hakimi Rəşadət Ağayevin sədrliyilə keçirilən məhkəmədə zərərçəkənin iddiası qismən təmin olunub. Hakim “Türk Hava Yolları”nın V.Həsənovaya 500 manat ödəməsi barədə qərar çıxarıb.
Pərvin ABBASOV

Oxşar yazılar
“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru barəsində həbs qərarı - YENİLƏNİB
1 iyul 2025 , 18:07
Məktəbli pensiyaçını güllələdi
1 iyul 2025 , 17:57
Polis onlara "qaz yerişi" yeritdi -VİDEO
1 iyul 2025 , 15:49
Bakıda cinayətdə şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstə saxlanıldı -VİDEO -FOTOLENT
1 iyul 2025 , 15:39
Serial təcavüzkar və qatil 57 ildən sonra həbs edildi
1 iyul 2025 , 15:13