Bakıda azərbaycanlı kilsəsi barədə ilginc faktlar - EKSKLÜZİV
03 mart 2009 15:00 (UTC +04:00)

Bakıda azərbaycanlı kilsəsi barədə ilginc faktlar - EKSKLÜZİV

İcma hazırda çadırda fəaliyyət göstərir

Azərbaycanda fəaliyyət göstərən “Mədh Kilsəsi” Dini İcması Xətai rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsini məhkəməyə verib. Lent.az-ın məlumatına görə, dini icma şöbəni qanunsuz hərəkətdə suçlayır.

“Mədh Kilsəsi” Dini İcması “Azərneftyağ” Neft Emalı Zavoduna məxsus ərazidə (Xətai rayonu, Süleyman Vəzirov küçəsi-6) 28 sot yer icarəyə götürüb. Lakin sonradan 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi həmin ərazinin 9 sotunun dini icmadan alınması barədə qərar çıxarıb. Həmin 9 sot ərazidə birmərtəbəli bina da olub. Dini icmanın nümayəndələri həmin 5-6 otaqdan ibarət binada məskunlaşıbmış. Otaqlardan biri iri zal olub. Orada dini icmanın tədbirləri keçirilir, dualar oxunurmuş. Digər otaqlar da müxtəlif məqsədlər üçün istifadə olunub. Maraqlı olduğunu nəzərə alaraq bildirək ki, otaqlardan biri sırf anaların öz körpələrini qidalandırması üçün nəzərdə tutulubmuş.

Məhkəmənin qərarı 2008-ci il avqustun 22-də icra olunub, yəni icmanın əşyaları binadan çıxarılıb. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarını aidiyyatı üzrə Xətai rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsi yerinə yetirib. Lakin şöbəni “aktı düzgün tərtib etməmək və bölgünü düzgün aparmamaq” kimi qanunsuz hərəkətlərdə suçlayan dini icma məhkəməyə müraciət edib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatındadır.

Lent.az-ın əldə etdiyi məlumata görə, məsələ Rusiyanın Azərbaycandakı səfirliyinin nəzarətindədir.

Mövzu ilə bağlı öyrəndiyimiz digər məsələ isə dini icmanın binasına yığılan şəxslərin milliyətilə bağlıdır. Belə ki, icmaya gələnlərin təxminən 90%-i azərbaycanlıdır. Qalanları rus və digər millətlərin nümayəndələridir.

Məsələ ilə bağlı “Mədh Kilsəsi” Dini İcmasından Lent.az-a bildirilib ki, kilsənin rəhbəri - baş pastor Rasim Xəlilov hazırda Azərbaycanda olmadığından hansısa açıqlama vermək mümkün deyil. Lakin həmin əməkdaş bəzi məlumatlar verib. O, dini icmanın 1999-cu ildə Azərbaycan Ədliyyə Nazirliyi, 2002-ci ildə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alındığını bildirib. O, protestant olduqlarını deyib.
Adətən bu cür təşkilatların icma ilə ünsiyyətdə olan insanlara pul paylaması ilə bağlı məlumatların yayılmasına gəlincə, o, bu cür halların olmasını təkzib edib: “Biz heç kimə pul paylamırıq”.

Adının çəkilməsini istəməyən icma nümayəndəsi hazırda Xətai rayonu, Süleyman Vəzirov küçəsi-6 ünvanında çadır quraraq fəaliyyət göstərdiklərini bildirib. O, gələcəkdə kilsə tikmək niyyətlərinin olduğunu da gizlətməyib.

İcmanın qaldırdığı iddia əsasında məhkəmə prosesi martın 4-də davam etdiriləcək.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45