Rail Rzayevin əmlakı ilə bağlı Dövlət Reyestr Xidmətinə sorğu göndərilib?
Baş Prokurorluğun rəsmisi: "İstintaq sirri ilə əlaqədar bu haqda məlumat verilmir"
Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, generel-leytenant Rail Rzayevin qətlini araşdıran istintaq tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu göndərilib. Xidmətdəki mənbədən ANS PRESS-ə daxil olan məlumata görə, istintaq komandanın əmlakı ilə bağlı sorğuya cavab verilməsini tələb edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə bildirib ki, istintaq sirri ilə əlaqədar bu haqda mətbuata məlumat verilmir. Onun sözlərinə görə, hazırda intensiv istintaq hərəkətləri aparılır.
Daşınmaz Əmlakın Reystr Xidmətinin mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli isə ANS PRESS-ə bildirib ki, istintaq orqanı tərəfindən Xidmətə sorğu verilərək hər hansı məlumatın alınması mümkündür. Xidmət rəsmisi konkret olaraq R. Rzayevlə bağlı xidmətə sorğu daxil olmasını təkzib edib.

Oxşar yazılar

Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Sumqayıtda qadını əri bıçaqladı
1 iyul 2025 , 22:27
Şahin Şıxlinskı və oğlu saxlanıldı - VİDEO
1 iyul 2025 , 21:03
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45