Tverdə yaşayan azərbaycanlının evini yandırmaq istəyiblər
Həmyerlimizin evinə partlayıcı maddə atılıb
Rusiyanın Tver şəhərində yaşayan azərbaycanlının evinə partlayıcı maddə atılıb.
Lent.az-ın məlumatına görə, hadisə dünən gün saat .3:40 radələrində baş verib. Naməlum şəxslər Tver şəhəri, Lunaçarsk küçəsi, ev 1, mənzil 178-də yaşayan Qabil Mahir oğlu Məmmədovun evinə partlayıcı atıblar. İkiqat pəncərə şüşəsini qırıb keçən partlayıcı onun yatdığı otaqda divara dəyib və evdə yanğın başlayıb. Yanğını söndürməyə nail olan həmyerlimiz yerli hüquq-mühafizə orqanlarına xəbər verib.
Hadisə yerinə gedən milislər evdən partlayıcı maddə aşkarlayıblar. Həmyerlimiz milislərin hadisəyə laqeyd yanaşdığını, dəlillərin götürülmədiyini bildirib. Onun iddiasına görə, hadisə milli münaqişə zəminində törədilib. Belə ki, 2 həftə əvvəl eyni binada yaşayan Telman adlı həmyerlimizin də evinə partlayıcı atılmağa cəhd edilib. Telman bundan təsadüfən xəbər tutub və naməlum şəxslərin cəhdinin qarşısı alınıb.
Qeyd edək ki, hər iki azərbaycanlı binanın 1-ci mərtəbəsində yaşayır. Əslən Tərtər rayonundan olan Qabil Məmmədov 29 ildir, Tver şəhərində yaşayır. 22 il hərbi sistemdə xidmət edən həmyerlimiz hazırda Müdafiə Nazirliyinin təqaüdçüsüdür.

Oxşar yazılar

Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 11-ci mərtəbədən atdı
6 may 2025 , 13:00
Bakıda "Prius" "KaMAZ"la toqquşdu, ölən və yaralananlar var
6 may 2025 , 11:10
Beyninə virus düşən məktəbli ÖLDÜ
6 may 2025 , 10:47
Bank kartlarından 13 min manatdan çox pul oğurlandı
6 may 2025 , 10:15
Göyçayda FACİƏ: kişi əməliyyat zamanı öldü
6 may 2025 , 09:56
Azərbaycanda DƏHŞƏT: tələbənin meşədə asılmış meyiti tapıldı
6 may 2025 , 09:51
Bakıda tunelə yenə su doldu - VİDEO
6 may 2025 , 09:45