Arvadını dəlicəsinə sevən kişi 20 il onun məzarında yaşayıb
88 yaşlı kişi 31 il əvvəl ölən arvadının məzarının yanında özünə qəbir hazırlayıb
Türkiyənin Çanaqqala vilayətinin Bayramiç qəsəbəsindəki Qoşuburnu kəndində 88 yaşlı kişi 31 il əvvəl ölən həyat yoldaşının məzarında yaşayır.
Lent.az-ın “internethaber”ə istinadən məlumatına görə, Yusif Əsən adlı kişi 64 il əvvəl, hələ 24 yaşında olanda başqasına nişanlı olan Yazgülünə aşiq olub. Əslən türkmən olan Yusif Əsən bütün adət-ənənələri heçə sayaraq, 1945-ci ildə Yazgülünü qaçırdıb və onunla evlənib.
Bu izdivacdan 4 övladı dünyaya gələn cütlük 1978-ci ilədək xoşbəxt ailə həyatı yaşayıb. Ancaq həmin il Yazgülü Əsən xəstələnərək, dünyasını dəyişib. Bu hadisədən sonra böyük sarsıntı keçirən Yusif Əsən arvadının məzarının yanında özünə qəbir hazırlatdırıb və hər gün məzarlığı ziyarət edib. Ancaq çox sevdiyi Yazgülünün ölümün heç cür qəbul edə bilməyib və 1988-ci ildə arvadının məzarını hasara alıb, üstünü örtüb, özü də orada yaşamağa başlayıb.
İllər ötdükcə yaşa dolan Yusif Əsənin səhhətində problemlər yaranıb və uşaqları onu evlərinə çağırıblar. Artıq məzarlıqda yaşamağın mümkün olmadığını görən Əsən ötən il Duzdaşı kəndinə, qızının yanına gedib. Ahıl kişi yenə də tez-tez arvadının qonşu kənddəki məzarını ziyarət edir.

1383