İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçirilib
İstanbulun mərkəzində Taksimdəki Qalatasaray Liseyinin qarşısında Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı “Xocalıda ədalət” adı altında yürüş keçirilib. Beynəlxalq Diaspora Mərkəzi (BDM), Türkiyədəki Azərbaycanlıların Dayanışma Dərnəyinin təşkilatçılığı ilə Qalatasaray Liseyinin önündən başlayan yürüş Taksim Meydanına qədər davam etdirilib. Bu barədə Lent.az-a BDM-in mətbuat xidmətindən məlumat verilib.
Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, “Xocalı soyqırımdır”, “Qarabağ Azərbaycanındır”, “AB-BM-AIHM Xocalı soyqırımını tanısın” plakatları tutaraq, “Xocalı yalnız deyildir”, “Xocalıya ədalət”, “Qarabağ Azərbaycanındır”, “Qarabağın işğalını və Xocalı qətliamını unutma!”, “Qarabağ türk dünyasının qanayan yarasıdır”, “Xocalının hesabı sorulacak”, “Qarabağ türkdür, türk qalacaq” şüarlarını səsləndirən mitinq iştirakçıları Xocalı soyqırımının günahkarlarının cəzalandırılması, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması tələblərilə şüarlar səsləndiriblər.
Mitinqdə iştirak edən BDM sədri İsmayıl Ağayev, Azərbaycanlıların Dayanışma Dərnəyinin sədri Timur Səlcuk mətbuat nümayəndələri qarşısında Xocalı soyqırımı və ermənilərin törətdikləri vəhşiliklərlə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, mitinq keçirilməsində məqsəd həm də Dağlıq Qarabağın işğalının və Xocalı faciəsinin dəhşətlərinin dünya ictimaiyyətinə, BMT-yə, Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırmaqdır.
Mitinqdə Türkiyənin müxtəlif siyasi partiya liderləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Pərvin ABBASOV

Oxşar yazılar

Salyanda faciə: Sahibi avtomobilinin altında qalıb öldü
20 aprel 2025 , 20:37
Gəncədə 35 yaşlı kişini bıçaqladılar
20 aprel 2025 , 18:41
Binəqədidə yanğına görə bağlanan yollar açıldı -FOTOLENT -YENİLƏNİB
20 aprel 2025 , 17:11
Zaqatala xəstəxanasından körpə ölümü ilə bağlı AÇIQLAMA
20 aprel 2025 , 16:57
Binəqədidə obyektdə baş verən yanğın söndürüldü -FOTOLENT -VİDEO -YENİLƏNİB
20 aprel 2025 , 16:45
Meyitxanada QALMAQAL: Direktora orqan ticarəti İTTİHAMI
20 aprel 2025 , 14:13
“Tofiq Yaqublunun huşu aydındır” – Adil Qeybulla
20 aprel 2025 , 12:06