Ötən il Ali Məhkəmədə 4333 işə baxılıb
Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayev 2008-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, R. Rzayev deyib ki, Ali Məhkəmənin məhkəmə kollegiyalarında və Plenumunda 2008-ci ildə 4333 işə baxılıb: “Bunların 651 cinayət, 109-u hərbi, 3217-si mülki və 315-i isə iqtisadi kollegiyalarda, 41 işə isə Plenumda baxılıb. 2007-ci illə müqayisədə 2008-ci ildə baxılan işlərin sayı 19 faiz artıb. Apellyasiya məhkəmələrində cinayət mühakimə icraatı qaydasında çıxarılan hökm və qərarlardan 854 nəfər haqqında Ali Məhkəmədə kassasiya şikayətinə də baxılıb”.
R. Rzayev bildirib ki, ötən il respublikanın birinci və yerli iqtisad məhkəmələrində baxılan 70119 işdən 8383-ə apellyasiya, 3532 iş üzrə qəbul edilən apellyasiya qərarına isə kassasiya qaydasında baxılıb. Ali Məhkəmə sədrinin sözlərinə görə, məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasında baxılan işlərin 8,1 faizinin qərarı ləğv edilib: “Həmin işlərdə 8,9 faizinin qərarı dəyişdirilib, 0,6 faizinin qərarı ləğv olunub və icraatına xitam verilib. 75,9 faiz iş üzrə qərarlar isə dəyişdirilmədən saxlanılıb”.
R. Rzayev Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasında baxılan işlərdən 59-un xüsusi qərar olduğunu söyləyib: “Bu xüsusi qərardadların 31-i icra, yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, 25-i isə digər şəxslər tərəfindən yol verilən qanun pozuntuları ilə əlaqədar olub. Xüsusi qərardadların 3-ü isə hakimlər barədə çıxarılıb. Həmin qərarlardan 1 faktı üzrə cinayət işi başlanılıb, Daxili İşlər Nazirliyinin bir işçisi isə cəzalandırılıb”.
İqtisadi mübahisələrə gəlincə, R. Rzayev qeyd edib ki, 2008-ci ildə Ali Məhkəməyə 372 iş daxil olub. Onlardan 315-ə (84,6 faiz) baxılıb. Ali Məhkəmənin sədri mətbuat işçilərinə müəyyən tövsiyələrini də verib. Onun sözlərinə görə, məhkəmə-hüquq sahəsindən yazan jurnalistlər hüquqi terminologiyanı daha yaxşı öyrənməlidirlər.

1472