Azərbaycan FHN rus matrosun həyatını xilas etdi
26 fevral 2009 15:30 (UTC +04:00)

Azərbaycan FHN rus matrosun həyatını xilas etdi

Andrey Vladimiroviç Lübavin Bakıdakı xəstəxanasına çatdırılıb

Fevralın 25-i saat 17.30 radələrində Rusiya bayrağı altında Ənzəli-Həştərxan istiqamətində hərəkət edən “İnjener Nazarov” tankerindən matros Andrey Vladimiroviç Lübavinin neft məhsullarından zəhərlənərək ağır vəziyyətdə olduğu bildirilib. Həmçinin onun təcili olaraq müvafiq tibb mərkəzinə çatdırılmalı olduğu qeyd edilib. Bu barədə Lent.az-a Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının (ADDA) mətbuat xidmətindən məlumat verilib.

Təcili olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat nəticəsində xəstə Neftçala rayonu yaxınlığında tankerdən götürülüb. O, xüsusi nəqliyyat vasitəsilə Bakı şəhərinin müvafiq tibb mərkəzinə çatdırılaraq həyatı xilas olunub

Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır.

“İnjener Nazarov” tankeri Bakı limanına yaxınlaşır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716

Oxşar yazılar