İtlərin arasında yaşayan 3 yaşlı qız onlar kimi hürür, sümük gəmirir
Alkoqolik anasının tərk etdiyi Mədinəni köpəklər böyüdüb
Rusiyanın Ufa şəhərində 3 yaşlı qız it kimi hürür, əl və ayaqları üzərində yeriyir, sümük gəmirir.
Lent.az-ın məlumatına görə, Mədinə adlı azyaşlı Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən tapılıb. Məlum olub ki, körpənin alkoqolik olan anası evində xeyli it saxlayıb. Günlərlə evə gəlməyən, sərxoş olub küçələrdə yatan anasının baxmadığı körpəsinə itlər qayğı göstərib. Nəticədə qızcığaz heyvanlar kimi davranmağa başlayıb.
Bu vəziyyəti öyrənən qonşular Sosial Müdafiə Fonduna xəbər veriblər. Evə gedən fondun əməkdaşları körpəni uşaq evinə veriblər. Mədinənin anası qızına yaxşı baxdığını iddia etsə də, övladı ona qaytarılmayıb.
Tibbi müayinədən keçirilən qızın fiziki və əqli cəhətdən sağlam olduğu, bütün gün itlərlə bir yerdə olduğundan onlar kimi davrandığı məlum olub. Danışa bilməyən qızcığaz sadəcə, “bəli” və “xeyir” sözlərini deyir, ona yaxınlaşan yad adamlara it kimi hürərək reaksiya verir.

Oxşar yazılar

Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Sumqayıtda qadını əri bıçaqladı
1 iyul 2025 , 22:27
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45